Partlayışda avtomobillərə dəyən ziyanı kim ödəyəcək?
    • 6-02-2024, 13:45
    • 324

Partlayışda avtomobillərə dəyən ziyanı kim ödəyəcək?

Bu gün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada dəhşətli partlayış baş verib. Partlayış səbəbindən ətrafda yerləşən yaşayış binasına, eyni zamanda bir çox avtomobilə ciddi ziyan dəyib. Bəs, avtomobillərə dəyən ziyanı kim ödəyəcək?

Mövzu ilə bağlı News24.az-adanışan sığorta üzrə ekspert İlkin İbrahim bildirdi ki, əgər obyekt sığorta edilibsə, dəyən ziyan sığorta şirkətləri tərəfindən ödəniləcək:

"Qazanxana obyekt sayılır, dövlət binası olsa belə sahibkarlıq fəaliyyətidir. Bu səbəbdən də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə sığorta olmalıdır və bu, bütün obyektlər üçün məcburidir. Həmin sığortanın mahiyyəti ondan ibarətdir ki, bu kimi hadisələr baş verən zaman üçüncü şəxslərə dəyən ziyanı sığorta şirkəti qarşılayacaq. Əvvəlcə baxmaq lazımdır ki, obyekt sığorta olunubmu? Sığorta olunubsa, sığorta təminatı verilməlidir. Sığorta təminatının məbləği hər zərərçəkən üzrə 5 min manatdır.  Əvvəlcə zərər aktı tərtib edilib, günahkar müəyyən edilməlidir. Sonra isə sığortanın olub-olmaması yoxlanılmalıdır".

Qumral