Xalq artistinin sirrinin üstü İLLƏR SONRA açıldı
    • 6-02-2024, 15:23
    • 501

Xalq artistinin sirrinin üstü İLLƏR SONRA açıldı

"O vaxt nənəm Əşrəfxanımdan soruşurdum ki, ay nənə, atam nə vaxt anadan olub? Deyirdi ki, tut ağacı yarpaqlayanda. Atama deyirdim ki, ata, sən fevralda doğulmusan, axı fevralda tut ağacı yarpaqlamır. May ayında falan tut ağacı yarpaqlayır. Heç nə deməzdi, üstündən elə-belə keçərdi. Ölümünə bir neçə ay qalmış Maştağadan bir nəfər onun arxivlərini araşdırıb. Nəsildə atamla eyni gündə doğulan adamları aşkara çıxardıb. Məlum olub ki, atamın ad günü mayın 28-nə düşürmüş. Atam danışırdı ki, o vaxt anadan olanda atası onu qeydiyyata salmağı bir neçə ay gecikdirib. Hətta atasına buna görə iş də veriblər. Söhbət 1930-cu illərdən gedir"

News24.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib. O daha sonra əlavə edib.

"Atam 91 yaşında bildi ki, ad günü 28 maya təsadüf edir. Deyirdi ki, özüm üçün restoranda təntənəli ad günü qeyd edəcəm. Ölüm imkan vermədi, rəhmətə getdi. Ondan ata kimi çox şeylər öyrənmişəm. Sadiqliyi, heç kimə boyun əyməməyi, qüruru.. Bu şeylərin hamısını o mənə öyrədib, ondan götürmüşəm. Bu gün də yadıma düşür kövrəlirəm. Atamın yeri, o boşluq hiss olunur, bilinir" deyə sənətkarın qızı deyib.

Rəqsanə Məmmədli bildirib ki, atasına bu səs ilahidən verilib.

"Gənclər asan mövzulara üz tuturlar. Bu dəqiqə daha çox pul qazanmaq üçün mahnılar oxuyurlar. Hər insan atamın mahnılarını oxumağı bacarmır. Rəhmətlik Aygün Bəylər, Səkinə İsmayılova dəqiqliklə oxuyurdular. Muğam elə bir aləmdir ki, onu hər adam başa düşmür. Atamın boğazının altında bir yer var idi. Elə bil ki, ora barmaqla basılmışdı. Hər dəfə soruşurdum ki, ata, bu nədir belə?! Deyirdi ki, bir gecə ayılıb baxdım ki, boğazımın altında barmaq ləkəsi kimi bir yer qalıb. Yuxudan boğulub ayılıb. O vaxta qədər atam instrumental musiqi alətlərində ifa edirdi. O gündən sonra ona səs verilib. Onunla da sənətə gəlib. Əməlli-başlı, ürəklə bu sənətlə məşğul olub. Əvvəli də neftçi olub. Bu vaxta qədər bəstəkar mahnısı oxumayıb. Ancaq öz bəstələdiyi mahnıları oxuyub. "Dəşti" muğamını o yaradıb" deyə sənətkarın qızı Rəqsanə Məmmədli bildirib.