Miri Yusif həyat yoldaşına xəyanət edir? - FOTO
    • 2-07-2018, 13:14
    • 3 227

Miri Yusif həyat yoldaşına xəyanət edir? - FOTO

Şou-biznesdə nümunəvi ailə başçısı olmağı ilə həmkarlarından seçilən müğənni Miri Yusifin həyat yoldaşına xəyanət etdiyi iddia olunub.

Ötən həftənin şənbə günü sənətçi paytaxt çimərliklərindən birində gənc biznesmen xanım ilə istirahət edib.

Onların səmimi fotosunu elə xanımın özü "İnstagram" hesabında izləyiciləri ilə bölüşüb. Ən maraqlı məqamlardan biri isə Fidan adlı xanımın fotoya yazdığı şərh olub. O, şəkilə "Sən mənim ən dərin, sirli doğma ürəyimsən" sözlərini yazıb.

Lakin xanımın paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də o, fotoları səhifəsindən silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Nərgiz adlı xanımla evli olan müğənninin üç övladı var.

//Open.az