Cansız bədəni çaydan tapılan Adilə Mehdiyeva ilə bağlı ƏN SON MƏLUMAT — ÖZƏL
    • 8-02-2024, 15:52
    • 3 598

Cansız bədəni çaydan tapılan Adilə Mehdiyeva ilə bağlı ƏN SON MƏLUMAT — ÖZƏL

"Polşada iki aylıq övladı ilə birgə itkin düşən, daha sonra cənazəsi Oder çayından tapılan azərbaycanlı Adilə Mehdiyevanın cənazəsi hazırda ekspertizadadır".

Bu barədə News24.az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Polşadakı nümayəndəliyindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə cənazənin Azərbaycana göndərilməsi ilə bağlı 3100 avro civarında məbləğ ayrılıb: "Halhazırda da cənazə ekspertizadadır. Ekspertiza rəyi olmadan cənazə Azərbaycana göndərilə bilməz". 

Xatırladaq ki, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Mərhumun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Qumral