Cəlilabadda ağır qəza - 1 ÖLÜ,2 YARALI - Yeniləndi
Hadisə
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Qaratil Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ölən və yaralananların ailə üzvü olduqları və toya getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)
16:35
19.04.2026-cı il tarixində saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-a TƏBİB -dən məlumat verib.
Bildirilir ki, 2020-ci il təvəllüdlü şəxsə başın təpə və sağ tərəfli üz nahiyəsinin sıyrılmış, əzilmiş yarası diaqnozu təyin edilib.
1961-ci il təvəllüdlü şəxsdə (kişi) isə heç bir xəsarət müəyyən edilməyib.
Pasiyentə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
