İnflyasiya artacaq: MİLYARD DOLLAR... — ÖZƏL
    • 8-02-2024, 16:34
    • 5 123

İnflyasiya artacaq: MİLYARD DOLLAR... — ÖZƏL

Uğurlu rəqəmlər ölkənin maliyyə vəziyyəti üçün heç bir narahatlıq yaratmır. 

Bunu News24.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, Mərkəzi Bank ötən il öz ehtiyatlarını 2 milyard dollar artırıb. 

“Bu proses bazarda alınmayan dollarların hesabına baş verib. Eyni zamanda ölkədə enerji, neft və qazın qiyməti yaxşı səviyyədədir. Ölkənin satdığı neftin 1 barelinin qiyməti 80 dollardır və ölkənin büdcəsi 60 dollardan planlaşdırılıb. Bütün proqnozlar da neftin, enerji qiymətlərinin də yüksək olacağına işarə edir. Yerli proqnozlar - Mərkəzi Bankın eyni zamanda Beynəlxalq Təşkilatların proqnozu ondan ibarətdir ki, tədiyə balansında profisit 2024-cü ildə davam edəcək".

Ekspert qeyd edib ki, hökumət üçün də hazırda bu cür sosial gərginliyə, inflyasiya rəvac verən addım maraqlı deyil:

“Ona görə də, Mərkəzi Bank "üzən rejim" adı altında qalsa da, rejimi dəyişməsə də, faktiki olaraq müvəqqəti volatinliyi tənzimləyir. Lazım gəldikdə, pulu alıb sataraq çox ucuzlaşmağının qarşısını alır. Bu tərəddüdlər volatinliyi tənzimləyir. Mərkəzi Bank da qısa müddətli volatinliyi tənzimləyəcəyini bildirib. Narahatlığa heç bir əsas yoxdur. Hökumətin inflyasiya proqnozları da bunu deməyə imkan verir ki, valyutanın ucuzlaşdırılması o deməkdir ki inflyasiya artacaq. İnflyasiya proqnozları da ona imkan vermir və məcbur da deyil. Enerji qiymətləri yüksəldikcə, belə bir məcburiyyət və narahatlıq yoxdur. Dövlət məcbur qalmasa devalvasiyaya getməyəcək. İndiki halda da heç bir məcburiyyət yoxdur".

Mehriban Mirzəzadə