Ödənişli xidmətlərin həcmi artıb – statistika açıqlandı

Ödənişli xidmətlərin həcmi artıb – statistika açıqlandı İqtisadiyyat

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 834,4 milyon manat olub.

News24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,8 %-ni təşkil edib.

Üç ayda hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.