Prezident "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 4.0 milyon manat ayırdı - SƏRƏNCAM
    • 17-04-2019, 15:05
    • 990

Prezident "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 4.0 milyon manat ayırdı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

News24.az
xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 4,0 (dörd) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılması, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qərara alınıb.