"Putinin səfərinə hazırlaşırıq"
    • 8-02-2024, 19:08
    • 193

"Putinin səfərinə hazırlaşırıq"

"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi ilə bağlı müzakirələr davam edir, hələlik dəqiq tarixlər yoxdur, lakin səfərə hazırlaşırıq".

News24.az xəbər verir ki , bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

"Səfərə hazırlıq gedir, biz onu səbirsizliklə gözləyirik. Bizim seçki dövrümüzü və Türkiyə prezidentinin gərgin iş qrafikini nəzərə alaraq, bu tarixlər razılaşan kimi, tərəfdaşlarımızla birlikdə onları elan edəcəyik". N    

Bundan əvvəl mətbuat Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tuta biləcəyini yazmışdı. Bununla belə, fevralın 7-də Putinin səfərinin təxirə salınması ilə bağlı məlumat yayıldı, lakin gecikmənin səbəbləri məlum deyil.