Tanınmış rusiyalı iş adamı vətəndaşlığından imtina etdi

Tanınmış rusiyalı iş adamı vətəndaşlığından imtina etdi Dünya

Tanınmış rusiyalı iş adamı Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib.

News24.az xəbər verir ki, bu barədə "Forbes" əldə etdiyi sənədlərə istinadla yazıb.

"Coalco International" şirkətinin keçmiş sahibi olan V. Anisimov bu addımı hələ 2022-ci ildə atıb.

Hazırda o, Xorvatiya və Dominikan vətəndaşıdır.

Qeyd edək ki, 73 yaşlı Vasili Anisimovun sərvəti 1,6 milyard dollar həcmində qiymətləndirilir.

Fərid Azəri