-
- 9-02-2024, 12:08
- 233
Anasını və qardaşını girov götürdü - VİDEO
Türkiyədə psixoloji problemləri olan gənc ana və qardaşını girov götürüb.
News24.az DHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Kartal rayonunda baş verib.
İddiaya görə, psixoloji problemləri olan Metin K. adlı şəxs evdə anasını və qardaşını bıçaqla girov götürüb.
Bu arada ana və qardaş boşluqdan istifadə edərək otağa qapanıblar. Qışqırıqları eşidən qonşuların xəbəri üzərinə hadisə yerinə xilasedicilər, polis və sağlamlıq qrupları sövq edilib.
Hadisə yerinə gələn qruplar uzun müddət eyvana çıxan Metini razı salmağa çalışıb. Qrupların razı salma cəhdləri nəticə verməyib. Hadisə yerinə xüsusi əməliyyat polisi göndərilib.
Xüsusi əməliyyat polisinin mənzilin qapısını sındırmasından sonra panikaya düşən Metin təslim olub.
Teymur Məmmədov