Bu ölkə Ukraynaya 190 milyon avro dəyərində yardım paketi göndərir
    • 9-02-2024, 17:30
    • 133

Bu ölkə Ukraynaya 190 milyon avro dəyərində yardım paketi göndərir

Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ötürəcək. Bu partiyaya daxil olan avadanlığın dəyəri təxminən 190 milyon avro təşkil edir.

News24.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Finlandiiya Prezidenti Ukraynaya yeni hərbi yardım paketi haqqında qərarı, fevralın 9-da hökumətin təklifi ilə qəbul edib. Bu, artıq Finlandiyadan Ukraynaya müdafiə avadanlığının 22-ci çatdırılmasıdır.

Ukraynaya verilən Finlandiya müdafiə avadanlığının ümumi dəyəri 1,8 milyard avro təşkil edir.

Mehriban Mirzəzadə