Finlandiyadan Ukraynaya böyük DƏSTƏK
    • 25-08-2023, 15:49
    • 100

Finlandiyadan Ukraynaya böyük DƏSTƏK

Finlandiya prezidenti Sauli Niinonostio hökumətin təklifi ilə Ukraynaya 18-ci hərbi yardım paketinin verilməsi qərarını təsdiqləyib.

Bu barədə News24.az Finlandiya hökumətinin saytına istinadən xəbər verir.

Xüsusilə ağır silahlar və sursatların olduğu paketin dəyəri 94 milyon avro təşkil edir.

Finlandiyanın Ukraynaya hərbi yardımının ümumi dəyəri 1,3 milyard avro dəyərində qiymətləndirilir.

“Finlandiya və müttəfiqlərimiz tərəfindən Ukraynaya dəstək dəyişməz olaraq qalır. Avropa və Finlandiyanın gələcək təhlükəsizlik nizamı üçün əsas məsələ Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq qabiliyyətidir”, - müdafiə naziri Antti Hakkyanen bildirib.

Finlandiyaya əlavə yardım barədə qərar qəbul edilərkən həm Ukraynanın ehtiyacları, həm də Silahlı Qüvvələrin resursları nəzərə alınıb.

Finlandiya hökuməti qeyd edib ki, yardımın məzmunu, onun çatdırılma üsulu və qrafiki ilə bağlı əlavə təfərrüatlar təhlükəsizlik baxımından açıqlanmır.

Akqabay