Xalq artisti ilə bağlı yeni xəbər
    • 9-02-2024, 18:45
    • 280

Xalq artisti ilə bağlı yeni xəbər

Rusiyalı tanınmış aktyor və musiqiçi Mixail Boyarski Sankt-Peterburqdakı Mariinski xəstəxanasında ürəyindən əməliyyat olunub.

News24.az xəbər verir ki, bu barədə “Mash on the Moika” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, aktyorun əməliyyatı yaxşı keçib. Boyarski üç gün tibb müəssisəsində qaldıqdan  sonra evə buraxıldı.

Qeyd edək ki, daha öncə Boyarskinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Son aylarda Boyarski bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Yeni il qabağı sənətçi Sankt-Peterburqdakı tibb müəssisələrindən birinə daxil olub. Ona ürək problemi diaqnozu qoyulub. 

Mehriban Mirzəzadə