Tramp Avropa ölkələrini tənqid etdi

Tramp Avropa ölkələrini tənqid etdi Dünya

ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı “əsl üzlərini göstərən” müttəfiqlər kimi xarakterizə etdiyi Avropa ölkələrini tənqid edib.

News24.az xəbər verir ki, o bu haqda “Truth Social” sosial media platformasında yazıb.

“Onlar İsraili sevsələr də, sevməsələr də, ABŞ-nin böyük müttəfiqi olduqlarını sübut etdilər. Onlar cəsur, qətiyyətli, sadiq və ağıllıdırlar. Münaqişə və stress zamanı əsl üzlərini göstərən digərlərindən fərqli olaraq, İsrail çox çalışır və qalib gəlməyi bilir” , - Tramp qeyd edib.