Aqşin Fatehdən onu sevən xanımlara XƏBƏRDARLIQ: “Özlərini yığışdırsınlar”
    • 9-02-2024, 21:42
    • 1 042

Aqşin Fatehdən onu sevən xanımlara XƏBƏRDARLIQ: “Özlərini yığışdırsınlar”

“Sevgini normal şəkildə bildirmək olar, amam onu çıxıb efirdə hamının gözü qarşısında bəyan etməyə qarşıyam”.

News24.az bildirir ki, bu sözləri tanınmış meyxanaçı Aqşin Fateh “Həmin Zaur” verilişində deyib.

Sənətçi müxtəlif verilişlərə çıxıb ona sevgi mesajları ünvanlayan xanımlararla bağlı sərt danışıb:

“İnsan kimisə sevə bilər. Amma o sevgini efirdə qabarıq şəkildə göstərmək düzgün deyil. İnsan sevgisini normal şəkildə bildirə bilər. Onsuz da hər gün nə qədər sevgi mesajları alıram.

Çox sərt biri də deyiləm ki, pis cavab verim. Bir insan kimi hamıya qayğımı, diqqətimi göstərirəm. Amma hədlərini aşanda, bir az sərt cavab verirəm ki, özlərini yığışdırsınlar”.