-
- 10-02-2024, 08:47
- 211
İstanbulda törədilən terror aktı ilə bağlı 48 nəfəri həbs edib
İstanbul məhkəməsi fevralın 6-da şəhərdə baş verən terror aktı ilə bağlı 48 şübhəlini həbs edib.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç daha əvvəl bildirmişdi ki, istintaq çərçivəsində 102 nəfər, o cümlədən 96 nəfər terror fəaliyyətində iştirakda şübhəli bilinərək saxlanılıb. İş İstanbul Baş Prokurorluğu tərəfindən araşdırılır.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 6-da İstanbulun Çağlayan rayonunda ədliyyə binasının girişində iki nəfər terror aktı törətməyə cəhd edilib. Üçü polis məmuru olmaqla altı nəfər yaralanıb, onlardan biri sonradan dünyasını dəyişib.