Xankəndi və Xocavənddə silah-sursat TAPILDI
    • 10-02-2024, 10:11
    • 177

Xankəndi və Xocavənddə silah-sursat TAPILDI

Xankəndi şəhərində silah-sursat, Xocavənddə mərmilər aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 1 tüfəng, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xocavənd rayonun Kiş kəndi ərazisindəki yerləşən tikilidən 56 ədəd müxtəlif çaplı top mərmisi, 16 ədəd tank mərmisi və 64 ədəd tank mərmisinin başlığı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.