Havay adalarında 6 bal gücündə zəlzələ
    • 10-02-2024, 16:00
    • 250

Havay adalarında 6 bal gücündə zəlzələ

Havay ştatının yerləşdiyi Havay adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 km cənubda yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mehriban Mirzəzadə