Bakıda 85 yaşlı qadın faciəvi şəkildə öldü
    • 11-02-2024, 11:30
    • 150

Bakıda 85 yaşlı qadın faciəvi şəkildə öldü


Bakıda yaşlı qadın pilləkəndən yıxılaraq, ölüb.

News24.az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 85 yaşlı H. Adabəyova yaşadığı evdə pilləkənlərdən yıxılıb.

Xəsarət alan yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.