Sərnişin avtobusuna silahlı hücum: - Ölənlər var
Hadisə
Nigeriyanın Taraba əyalətində sərnişin avtobusuna silahlı hücum edilib.
News24.az milli mətbuatda yayılan xəbərlərə istinadən bildirir ki, naməlum silahlı şəxslər Taraba əyalətində Takum-Vukari magistral yolunda sərnişin avtobusuna silahlı hücum ediblər.
Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bildirək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Günel Məlikzadə