Azərbaycanlı 80 ölkə arasında birinci oldu
    • 12-02-2024, 10:58
    • 5 396

Azərbaycanlı 80 ölkə arasında birinci oldu

Sumqayıt şəhər M. Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fərid Babayev Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsindən 45 milyon şagird arasında hər il keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub.

News24.az bildirir ki, o, 100 faizlik nəticə ilə qızıl medal qazanıb.


Qeyd edək ki, məktəbli ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb.