-
- 25-06-2019, 15:03
- 1 520
Şagirdlərimiz 23-cü Balkan Riyaziyyat Olimpiadasında qalib olublar
Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar.
Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Toğrul Abbasov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov gümüş medala layiq görülüblər.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Amin Cəfərzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə və nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı isə bürünc medal qazanıb.
Beləliklə, şagirdlərimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasından 2 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal əldə ediblər.