Bakıda qadın qətlə yetirilib, keçmiş əri saxlanılıb
    • 13-02-2024, 18:03
    • 194

Bakıda qadın qətlə yetirilib, keçmiş əri saxlanılıb

Fevralın 13-də saat 17:30 radələrində paytaxtın Nərimanov rayonunda küçələrin birində İbrahimova Sevinc Rəfail qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini tötətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.