-
- 13-02-2024, 20:56
- 49 937
BŞTİ qətlə yetirilən məktəb direktoru ilə bağlı məlumat yaydı - VİDEO
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ailəsi ilə birgə qətlə yetirilən 59 nömrəli tam orta məktəbin direktoru Əhmədova Pikə ilə bağlı məlumat yayıb.
News24.az “Qafqazinfo”a istinadla xəbər verir ki, məlumatda qeyd olunub:
“BŞTİ-nin kollektivi məktəb direktorunun faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir”.
Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.