
-
- 26-03-2025, 22:24
- 860
47 il günahsız yerə həbsdə qaldı, çıxanda milyonçu oldu
Yaponiyada 47 ilk günahsız yerə məhkumluq həyatı yaşayan şəxsə rekord məbləğdə təzminat ödənəcək.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, 1966-cı ildə müdiri və ailəsi də daxil olmaqla 4 nəfəri öldürdüyünə görə Yaponiyada həbs edilən Hakamata İvao (89) edam cəzasına məhkum edilib.
47 il həbsxanada edam ediləcəyi günü gözləyən İvaonun işinə 2014-cü ildə yenidən baxılmağa başlanıb.
2024-cü ildə bəraət alan ivaoya 1,4 milyon dollar (2.2 milyon manat) təzminat ödənilməsinə qərar verib.
Bu rəqəm Yaponiyada cinayət işlərində indiyə qədər ödənilmiş ən yüksək təzminatdır./Ölkə.Az
