Paytaxtda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır
    • 14-02-2024, 14:54
    • 291

Paytaxtda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır

2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat olub.

News24.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manata çatıb.