Bakıda orta aylıq əməkhaqqı açıqlandı
    • 29-03-2023, 17:24
    • 541

Bakıda orta aylıq əməkhaqqı açıqlandı

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib.

Bu barədə News24.az  Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 % artıb.

Xatırladaq ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8 % artaraq 856,2 manata çatıb.