FİFA dünya çempionatında hansı dəyişikliklər olacaq?

FİFA dünya çempionatında hansı dəyişikliklər olacaq? İdman

FİFA may ayında keçiriləcək konqresində dünya çempionatı çempionuna verilən kubokla bağlı dəyişikliyi gündəmə gətirəcək.

News24.az xəbər verir ki, ilk dəfə 1930-cu ildə təşkil edilən dünya çempionatında çempion komandaya verilən kubok 1974-cü ildə dəyişdirilib. Eyni kubokdan 1991-ci ildən qadınlar arasında dünya çempionatında istifadə olunur.

FİFA 3 ölkənin təşkil edəcəyi 2026 Dünya Çempionatı ilə dəyişiklik etməyə hazırlaşır.

İspaniya mətbuatı AS-da dərc olunan xəbərdə FİFA-nın dünya çempionatı ilə bağlı dəyişiklik təklif edəcəyi qeyd edilib.

Bildirilib ki, iki turnir üçün iki fərqli kubok əvəzinə dünya çempionatı üçün tək kubokun verilməsi nəzərdə tutulurdu.

Mayın 17-də Banqkokda FIFA-nın 74-cü konqresi keçiriləcək.

2026-cı il dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Qadınlar arasında Dünya Kuboku 2027-ci ildə keçiriləcək.

Günel Məlikzadə