Tokayev Ermənistana səfər edəcək
    • 14-02-2024, 19:20
    • 235

Tokayev Ermənistana səfər edəcək

Tokayevin Ermənistana səfərinin tarixi açıqlanmayıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda Ermənistana səfər edəcək.

Bu gün departamentin rəhbəri Qnel Sanosyan Qazaxıstan səfiri Bolat İmanbayevlə səfərə hazırlığı müzakirə edib.

“Görüş zamanı Qazaxıstan prezidentinin Ermənistana gözlənilən səfəri ərəfəsində hazırlıq məsələləri müzakirə olunub”, - nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bir sıra infrastruktur və regionlararası əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.