Tokayev Putinlə görüşdən sonra Bakıya gələcək
    • 18-08-2022, 14:39
    • 499

Tokayev Putinlə görüşdən sonra Bakıya gələcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 19-da Soçiyə işgüzar səfər edəcək. 

News24.az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, o, burada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. İki liderin Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini müzakirə edəcəkləri bildirilir. 

Avqustun 24-də isə Tokayev Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfər edəcək. Azərbaycanın paytaxtında iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır.

Danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı, ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi daxildir. Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.