Xatirə əməliyyatla arıqlayıb?
    • 14-02-2024, 19:30
    • 506

Xatirə əməliyyatla arıqlayıb?

Müğənni Xatirə İslam əməliyyatla çəki atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, “Qonaqcanlı” verilişində danışıb, Xatirə deyib ki, mədəkiçiltmə etdirməyib:

“Beş il əvvəl əməliyyat olundum. İndi heç bir əməliyyat yoxdur. Mədəkiçiltmə etdirməmişəm. Etdirsəm, niyə deməyim? Üzümdə toxunuşlar var. Amma bədənimdə heç nə”.