Bu ölkədə 5,1 bal gücündə zəlzələ oldu
    • 15-02-2024, 16:46
    • 192

Bu ölkədə 5,1 bal gücündə zəlzələ oldu

Yaponiyanın mərkəzində 5,1 bal gücündə təkanlar baş verib.

News24.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumat yayıb.

Zəlzələnin episentri ilin əvvəlində bir sıra güclü təkanların baş verdiyi Noto yarımadasında (İşikava prefekturası) yerləşir və mənbə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Mehriban Mirzəzadə