-
- 15-02-2024, 12:55
- 359
Gəlinin qayınatanın qabağına çay gətirməsi ədəbsizlikdir - QALMAQALLI SÖZLƏR
Şair və jurnalist Anar Vəziroğlunun efirdə səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.
News24.az bizim.media-ya istinadən bildirir ki, ekspert qismində "Elgizlə izlə" ictimai-sosial verilişində iştirak edən Vəziroğlu bildirib ki, gəlinin qayınatanın önünə çay gətirməsi böyük ədəbsizlikdir.
"Ömrüm boyu demərəm ki, gəlinim qabağıma gətirib çay qoysun. Bundan böyük ədəbsizlik yoxdur. Bu çox böyük ədəbsizlikdir. Niyə axı gəlin sənə, qayınataya çay verməlidir? Əlin, ayağın yoxdur? Bunlar özlərinə gəlin yox, qul axtarırlar. Mənim qışqıraraq "Ay gəlin, get mənə çay gətir" deməyim böyük mədəniyyətsizlikdir", - deyə Anar Vəziroğlu vurğulayıb.
Proqramın aparıcısı Elgiz Əkbər şairin bu sözləri ilə razılaşmayıb.
Elgiz "Bəyəm, gəlin qayınataya çay gətirsə, canına zəhrimar dolar?" sözlərini dilə gətirib.
Bundan sonra studiyada ekspertlər mövzu ətrafında mübahisə ediblər.