-
- Bu gün, 15:34
- 198
GÖSTƏRİŞ VERİLDİ – Bütün məktəblilərə PULSUZ YEMƏK VERİLƏCƏK
Ukrayna prezidenti Volodimir Zelenski Nazirlər Kabinetinə gələn il bütün məktəbliləri pulsuz yeməklə təmin etməyi tapşırıb.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə Ukrayna Ali Radasında etdiyi çıxışında bildirib.
Zelenskinin sözlərinə görə, bu qərar məktəb yaşlı uşaqların sağlamlığına və təhsilinə daha çox diqqət ayrılması məqsədini güdür.
“Bütün uşaqların, xüsusilə də aztəminatlı ailələrdən olanların, təhsil aldığı müddətdə balanslı qidalanmalarını təmin etmək bizim prioritetimizdir”, – deyə o çıxışında qeyd edib.
Bundan əlavə, prezident bu layihənin həyata keçirilməsi üçün hökumətə əlavə vəsaitlərin ayrılmasını və yerli idarəetmə orqanları ilə əməkdaşlıq etməyi tapşırıb.