-
- 16-02-2024, 11:43
- 161
Milli Məclis Prezidentə MƏKTUB GÖNDƏRDİ
Milli Məclis prezident seçkilərində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
News24.az-ın məlumatına görə, Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında belə deyib.
“Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm. Diqqətinizə çatdırım ki, məktubda ona səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm", - sədr qeyd edib.
Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla qarşılayıblar.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Fərid Azəri