Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə TƏBRİK ETDİ
    • 23-12-2022, 11:09
    • 264

Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə TƏBRİK ETDİ

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

News24.az-ın xəbərinə görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ailəsində anadan olub:

"Təklif edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayaq".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.