Azərbaycan çempionu saxlanıldı - SON DƏQİQƏ
    • 16-02-2024, 13:18
    • 189

Azərbaycan çempionu saxlanıldı - SON DƏQİQƏ

Birinci Liqa təmsilçisi "İrəvan"ın futbolçusu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

News24.az sportinfo-ya istinadla bildirir ki, söhbət aşağı liqa klubunun yarımmüdafiəçisi Fəhmin Muradbəylidən gedir.

27 yaşlı orta sahə oyunçusunun hansı səbəbdən saxlanılması məlum deyil.

Gənclər millimizin sabiq üzvü "Neftçi"nin yetirməsidir.

O, "ağ qaralar"la 2020/21 mövsümündə Azərbaycan çempionu olub.