X-Men'97-nin ilk treyleri yayımlandı
    • 17-02-2024, 18:30
    • 138

X-Men'97-nin ilk treyleri yayımlandı

90-cı illərin ən məşhur animasiya seriallarından biri olan "X-Men: The Animated Series" hekayəsini davam etdirəcək yeni "Disney+" seriyası X-Men 97-nin ilk treyleri yayımlanıb.

News24.az xəbər verir ki, bu il Disney +-da tamaşaçıları qarşılayacaq ən diqqətəlayiq istehsallardan biri "X-Men 97" olacaq. "X-Men '97" adlı animasiya serialının bu qədər həyəcan yaratmasının səbəbi, xüsusilə uşaqlıq illəri 90-cı illərin əvvəllərinə təsadüf edənlər üçün çox xüsusi yeri olan köhnə "X-Men" cizgi serialının hekayəsini davam etdirməsidir.

1997-ci ildə ekranlarla vidalaşan X-Men: The Animated Series-in davamı olan "X-Men '97" martın 20-də Disney+-da tamaşaçılarla görüşəcək. Yayım tarixi yaxınlaşan serialın tanıtım fəaliyyətlərinə başlayan "Disney" serialdan ilk treyler və posteri paylaşıb.

Qeyd edək ki, bu yeni versiyada animasiyalar təbii ki, günümüzün standartlarına uyğun tərtib edilib, lakin bununla belə, orijinal seriyanın üslubundan çox da uzaqlaşmır. Ən azından ilk treylerdən aldığımız təəssürat belədir.

Serialın ilk sezonu 10 seriyadan ibarətdir. Amma hekayə bununla bitməyəcək. Çünki artıq ikinci mövsümün hazırlıqlarına start verilib.

Günel Məlikzadə