Jeff Bezos niyə Mayamiyə köçdü?
    • 18-02-2024, 10:30
    • 294

Jeff Bezos niyə Mayamiyə köçdü?

Dünyanın ən zəngin insanlarından biri hesab edilən Amazon-un qurucusu Ceff Bezos Mayamiyə köçmək qərarı ilə gündəmə gəlib. 

News24.az xəbər verir ki, Bezosun bu qərarı Mayaminin yerləşdiyi Florida ştatında sərmayə vergisinin olmaması ilə bağlı olub. Amazon səhmlərinin bir hissəsini satmağa qərar verən məşhur sahibkar bu səhmləri əvvəllər yaşadığı Seattleda satsaydı, təxminən 600 milyon dollar vergi ödəməli olacaqdı. Çünki bu ştatda 7 faizlik kapital artımı vergisi tətbiq edilir.

Bununla belə, Bezos açıqlamasında köçmə səbəbinin ailəsinə daha yaxın olmaq və Floridadakı Blue Origin əməliyyat mərkəzində daha çox iştirak etmək olduğunu desə də, vergi məsələsinə toxunmayıb. Məlumdur ki, Amazon-un qurucusu Ceff Bezos və onun nişanlısı Lauren Sanchez Mayami şəhərinin ən bahalı ərazilərindən biri olan Indian Creek rayonunda bir çox şəxsi mülklər alıblar.

Ceff Bezos bu yaxınlarda Mayamiyə köçdükdən sonra 12 milyon Amazon səhmini sataraq sərvətini artırıb. Bezosun bu addımı digər təşəbbüslərinə, xüsusən də Blue Origin-ə resurslar ayırmaq üçün atdığı deyilir. Lakin məşhur sahibkar hələ də vergi iddiaları ilə bağlı rəsmi açıqlama verməyib.

Günel Məlikzadə