Dünyanın ən zəngin insanı rekordunu yenilədi
    • 27-08-2020, 10:21
    • 700

Dünyanın ən zəngin insanı rekordunu yenilədi

Dünyanın ən varlı adamlarından biri olan amerikalı sahibkar və “Amazon” şirkətinin rəhbəri Ceff Bezos ən yaxın rəqibi, “Microsoft”un həmtəsisçisi Bill Qeytsi 90 milyard dollar fərqlə ötərək, 200 milyard dollar sərvətə malik olan ilk milyarder olub.

News24.az verir ki, “Amazon”un səhmlərinin çərşənbə günü 100,2% artması nəticəsində Bezosun sərvəti 4.9 milyard dollar çoxalıb.

Beləliklə, onun ümumi sərvəti 200 milyard dolları keçib.