Ermənistan sülh sazişi bağlamaq istəmir - VİDEO
    • 17-02-2024, 15:50
    • 274

Ermənistan sülh sazişi bağlamaq istəmir - VİDEO

Fevralın 16-da xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. 

Məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub.