Bolqarıstan baş naziri istefa verəcək
    • 18-02-2024, 20:56
    • 290

Bolqarıstan baş naziri istefa verəcək

Bolqarıstanın Baş naziri Nikolay Denkov istefa vermək niyyətini təsdiqləyib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, Denkov bu barədə Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlayıb.

"Martın 6-da istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək", - o bildirib.

Denkov qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.