Yaponiyanın Baş naziri İSTEFA ETDİ
    • 28-08-2020, 12:55
    • 509

Yaponiyanın Baş naziri İSTEFA ETDİ

Yaponiyanın Baş naziri Şinzo Abe istefa etdiyi rəsmi şəkildə elan edib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Şinzo Abe bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir istefasının xəstəliyi ilə bağlı olduğunu açıqlayıb. O bildirib ki, vəzifələrini yerinə yetirməkdə çətinlik çəkir.

Şinzo Abe bildirib ki, yeni Baş nazir təyin olunana qədər bu vəzifəni icra etməyə davam edəcək.