Dövlət qulluğuna imtahandan uğurla keçənlərə sertifikatlar verilir
    • 18-04-2019, 17:53
    • 843

Dövlət qulluğuna imtahandan uğurla keçənlərə sertifikatlar verilir

Martın 17-də dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb. 

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 17 mart 2019-cu il tarixində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) şəxsən müraciət etməklə müvafiq sertifikatı əldə edə bilərlər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.