Bu gün dövlət qulluğuna inzibati vəzifələr üzrə imtahan keçirilir
    • 5-05-2019, 08:47
    • 971

Bu gün dövlət qulluğuna inzibati vəzifələr üzrə imtahan keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 may 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

DİM-dən News24.az-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayır və 3 saat davam edəcək. İmtahanda iştirak etmək üçün 65 nəfər qeydiyyatdan keçib. 

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.