Bu ölkə Ukraynanın inkişafı üçün 150 milyon dollara vəsait ayırır
    • 19-02-2024, 12:00
    • 160

Bu ölkə Ukraynanın inkişafı üçün 150 milyon dollara vəsait ayırır

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Ukraynanın inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankına 150 milyon dollara qədər maliyyə ayıracaq.

News24.az xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

“Bu gün  Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 150 milyon dollara qədər iki mərhələli kreditin verilməsinə dair memorandum imzalanıb”, - Sviridenko bildirib.

Onun sözlərinə görə, pul kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə struktur layihələrin hazırlanmasına sərf olunacaq.

Qeyd olunur ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə Qara dəniz regionu ölkələrinin regional inkişafına və əməkdaşlığına yardım etmək məqsədilə yaradılıb. Üzvləri arasında: Türkiyə, Ukrayna, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya kimi ölkələr var.

Mehriban Mirzəzadə