Netanyahudan Braziliya liderinə CAVAB
    • 19-02-2024, 13:24
    • 196

Netanyahudan Braziliya liderinə CAVAB

Braziliya prezidenti Silvanın sözlərindən sonra İsrailin baş naziri Benyamin Netanyahu yazılı açıqlama verib.

News24.az xəbər verir ki, Netanyahu Silvanın sözlərinin “utanc verici və qorxulu” olduğunu və bunun “Holokostu əhəmiyyətsizləşdirmək və İsrailin özünü müdafiə etmək hüququna zərər vermək haqqında” olduğunu iddia edib.

Netanyahu həmçinin “İsraili nasist Holokostu və Hitlerlə müqayisə etməyin qırmızı xətti keçdiyini” də əlavə edib.

İsrailin xarici işlər naziri Yisrael Katz da Silvanın sözlərindən sonra sözlərinin "utanc verici və sərt" olduğunu deyib.

Günel Məlikzadə