-
- 19-02-2024, 16:05
- 15 331
Əhməd məni boğdu, yarım saat huşsuz vəziyyətdə qaldım... - VİDEO
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.
News24.az konkret.az-a istinadla xəbər verir ki, həmin iddialardan bir neçəsi Space TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.
Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:
“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım.
Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.
Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb