"Onlarınkı sevgi deyil" - Könül Kərimova OD PÜSKÜRDÜ
    • 19-02-2024, 23:55
    • 331

"Onlarınkı sevgi deyil" - Könül Kərimova OD PÜSKÜRDÜ

"İndiki cavanlarda sevgi əl-ələ tutub dənizkənarında gəzmək demək deyil. Mənimlə çoxları razılaşar. Çox fərqlidir".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Xəbər-ətər" proqramında deyib.

Sevgidən danışan müğənni gəncləri tənqid edib:

"Bu gün nişanlanır, evlənir, sabah ayrılırlar. Əsl sevgi 5 günə, 5 aya bitməz. Özü də elə adi problemlərdən münasibət pozulur ki. Baxıb görürsən ki, o iki gəncin arasında əsl sevgi olmayıb. Tamam başqa bir duyğudur. Onun adı heç bilmirəm nədir". (Axşam.az)